Gümrüdə erməni ailəsini qətlə yetirməkdə təqsirləndirilən rus əsgəri cəzasını Rusiyada çəkəcək

Gümrüdə erməni ailəsini qətlə yetirməkdə təqsirləndirilən rus əsgəri cəzasını Rusiyada çəkəcək Moskva ilə Yerevan hərbçi məhkumun mülki məhbusla dəyişdirilməsini müzakirə edir
Region
23 Avqust , 2016 09:47
Gümrüdə erməni ailəsini qətlə yetirməkdə təqsirləndirilən rus əsgəri cəzasını Rusiyada çəkəcək

Bakı. 23 avqust. REPORT.AZ/ Gümrüdə erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin əsgəri Valeri Permyakova avqustun 23-də hökm oxunacağı gözlənilir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, V.Permyakov cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək.

"Joxovurd" qəzeti yazıb ki, rəsmi Moskva və Yerevan bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən əsgəri 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçün məhkum olunaraq, cəzasını Rusiya həbsxanasında çəkən Qraç Arutyunyanla dəyişməyi müzakirə edir: "Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq".

Qeyd edək ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi V.Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra V.Permyakovun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilib.

Son xəbərlər

Orphus sistemi