​Gümrüdə erməni ailəsini güllələyən rus hərbiçisi psixiatrik ekspertizaya göndəriləcək

​Gümrüdə erməni ailəsini güllələyən rus hərbiçisi psixiatrik ekspertizaya göndəriləcək Bütün ekspertizalar Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının ərazisində keçiriləcək
Region
23 Yanvar , 2015 17:13
​Gümrüdə erməni ailəsini güllələyən rus hərbiçisi psixiatrik ekspertizaya göndəriləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Ermənistanın Gümrü bölgəsində erməni ailəsini güllələmiş rus hərbiçisi Valeri Permyakovun cinayət işi çərçivəsində onun psixoloji-psixiatrik ekspertizası keçiriləcək. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, birgə aparılan istintaq tədbirləri çərçivəsində bir sıra məhkəmə-kriminalistik ekspertizalar həyata keçirilir.

Bütün ekspertizalar, o cümlədən psixoloji-psixiatrik ekspertiza da Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının ərazisində keçiriləcək.

Xatırladaq ki, yanvarın 12-də V.Permyakov Gümrüdə erməni ailəsinin 6 üzvünü güllələmişdi.

Hadisə ilə bağlı Rusiya tərəfi "adam öldürmə" və "hərbi hissəni özbaşına tərk etmə" maddələri ilə iki cinayət işi başlamışdı.

Qeyd edək ki, "Adam öldürmə" maddəsi ilə cinayət işi Ermənistanın İstintaq komitəsi tərəfindən də açılıb.

Son xəbərlər

Orphus sistemi