​Gümrüdə polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb

​Gümrüdə polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb Polis kütləni dağıtmaq üçün tüstü şaşkaları tətbiq edir, partlayış səsləri eşidilir
Region
16 Yanvar , 2015 00:30
​Gümrüdə polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistanın Gümrü şəhərində polis ilə mitinqçilər arasında toqquşma zamanı 12 nəfər xəsarət alıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, toqquşmalar zamanı beş polis əməkdaşı və 7 mitinqçi zərər çəkib.

Məlumata görə, polis kütləni dağıtmaq üçün tüstü şaşkaları tətbiq edir, partlayış səsləri eşidilir.

Mitinqçilər butulka və daş atmaqla polis kardonunu yarmağa çalışırlar.

Son xəbərlər

Orphus sistemi