Güclü qar yağışı Gürcüstanın qərbində evlərin damlarına ziyan vurub

Güclü qar yağışı Gürcüstanın qərbində evlərin damlarına ziyan vurub Yağıntının çoxluğu yollarda problemlər yaradıb, əhalinin bir hissəsi işıqsız qalıb
Region
5 Yanvar , 2016 14:23
Güclü qar yağışı Gürcüstanın qərbində evlərin damlarına ziyan vurub

Bakı. 5 yanvar. REPORT.AZ/ Güclü qar yağışı Gürcüstanın qərbində yerləşən Zuqdidi rayonunda bəzi evlərin damlarına ziyan vurub. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bələdiyyə administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

Artıq beş gündür ki, Gürcüstanın bir sıra bölgələri güclü qar yağışından əziyyət çəkir. Ölkənin qərb bölgələrində yağıntının çoxluğu yollarda problemlər yaradıb. Gürcüstanın qərbində əhalinin bir hissəsi işıqsız qalıb. Uçqun təhlükəsinə görə, Rusiya ilə sərhədə gedən yollar bağlanılıb.

Fövqəladə Hallar Nazirliyi Zuqdidi bələdiyyəsinin inzibati qərargahında sutka boyu işləyir.

Son xəbərlər

Orphus sistemi