​Güclü külək Gürcüstanın qərbində 18 min ailəni işıqsız qoyub

​Güclü külək Gürcüstanın qərbində 18 min ailəni işıqsız qoyub Batumidə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Region
8 Aprel , 2015 02:35
​Güclü külək Gürcüstanın qərbində 18 min ailəni işıqsız qoyub

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 7-də axşam saatlarında Gürcüstanın qərb bölgəsində müşahidə olunan güclü külək elektrik ötürücü xəttlərin sıradan çıxmasına gətirib çıxarıb.

"Report" xəbər verir ki, nəticədə Sameqrelo, Qurii, həmçinin Acariya Muxtariyyətinin ərazisində təqribən 18 min ailə işıqsız qalıb.

Gürcüstan mətbuatının məlumatına görə, güclü küləyin Batumi parkında ağacı yay tipli binanın üzərinə aşırtması nəticəsində, orada olan üç nəfərdən ikisi xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi