Bakı. 5 iyun. REPORT.AZ/ Güclü dolu və leysan yağışları Gürcüstanın Siqnaq, Kvarelsk rayonlarına ciddi ziyan vurub.
"Report"un məlumatına görə, bu haqda yerli hakimiyyət orqanlarının nümayəndələri jurnalistlərə xəbər verib.
Məlumata görə, təbii fəlakət nəticəsində şərq regionundakı rayonların onlarla kəndində min hektarla əkin sahəsi su altında qalıb. Kənd təsərrüfatı məhsullarının bir hissəsi, o cümlədən üzüm bağları məhv olub.
Təbii fəlakətin vurduğu ziyanın hesablanması üçün xüsusi komissiya yaradılıb.
Yerli hakimiyyət orqanlarının zərər çəkmiş ailələrə hərtərəfli yardım göstərəcəyi bildirilir.