GUAM PA-nın komitəsi münaqişələrin həllinin siyasi-hüquqi aspektləri haqqında qətnamə qəbul edib

GUAM PA-nın komitəsi münaqişələrin həllinin siyasi-hüquqi aspektləri haqqında qətnamə qəbul edib Kiyevdə qurumun Siyasi, Hüquqi Məsələləri üzrə Komitəsinin birinci iclası keçirilib
Region
27 İyun , 2015 10:43
GUAM PA-nın komitəsi münaqişələrin həllinin siyasi-hüquqi aspektləri haqqında qətnamə qəbul edib

Bakı. 27 iyun. REPORT.AZ/ Kiyevdəki GUAM Katibliyində qurumun Parlament Assambleyasının Siyasi, Hüquqi Məsələləri üzrə Komitəsinin birinci iclası keçirilib. 

GUAM mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda təşkilata üzv olan dövlətlərin  ərazisindəki münaqişələrin həllinin siyasi-hüquqi aspektləri haqqında qətnamə layihəsi, GUAM-la digər beynəlxalq və regional təşkilatların Parlament Assambleyaları arasında əməkdaşlığın inkişafına dəstək haqqında məsələ müzakirə olunub.  

İclasın sonunda protokol qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi