​GUAM ölkələrinin maliyyə ekspertləri qurumun 2016-cı il üçün büdcə layihəsini razılaşdırıblar

​GUAM ölkələrinin maliyyə ekspertləri qurumun 2016-cı il üçün büdcə layihəsini razılaşdırıblar Kiyevdə GUAM Katibliyində quruma üzv dövlətlərin maliyyə ekspertlərinin görüşü keçirilib
Region
8 İyun , 2015 14:45
​GUAM ölkələrinin maliyyə ekspertləri qurumun 2016-cı il üçün büdcə layihəsini razılaşdırıblar

Bakı. 8 iyun. REPORT.AZ/ Kiyevdə GUAM Katibliyində quruma üzv dövlətlərin maliyyə ekspertlərinin iclası keçirilib. Bu barədə "Report" GUAM-ın saytına istinadən xəbər verir.

Görüşdə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın Maliyyə və Xarici İşlər nazirlikləri nümayəndələri iştirak ediblər.

Toplantının yekunlarına əsasən, üzv ölkələrin maliyyə ekspertləri GUAM ölkələri Xarici İşlər Nazirlərinin Şurasında təsdiq edilməsi üçün qurumun 2016-cı il üçün büdcə layihəsini razılaşdırıblar. 

Son xəbərlər

Orphus sistemi