GUAM İşçi Qrupunun kibertəhlükəsizlik üzrə birinci iclası keçirilib

GUAM İşçi Qrupunun kibertəhlükəsizlik üzrə birinci iclası keçirilib İclasda təşkilatın bütün üzv dövlətlərinin nümayəndələri iştirak edib
Region
22 Dekabr , 2014 17:29
GUAM İşçi Qrupunun kibertəhlükəsizlik üzrə birinci iclası keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ GUAM-ın İşçi Qrupunun kibertəhlükəsizlik üzrə birinci iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiyevdəki GUAM Katibliyində keçirilən iclasda təşkilatın bütün üzv dövlətlərinin nümayəndələri iştirak edib.

İştirakçılar kibertəhlükəsizlik ilə bağlı bir sıra məsələləri, xüsusilə milli qanunvericilik, operativ vəziyyət, eləcə də həmin sahədə informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər. 

İşçi Qrupun növbəti iclası 2015-ci ilin aprel ayında Kiyevdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi