Prokurorluq: İŞİD “G20”nin Antalya Sammitində terror aktı törədmək istəyib

Prokurorluq: İŞİD “G20”nin Antalya Sammitində terror aktı törədmək istəyib Terrorçular prezidentlərin və hökümət başçılarının qaldıqları otellərlə bağlı ciddi araşdırma aparıblar
Region
19 Noyabr , 2015 04:45
Prokurorluq: İŞİD “G20”nin Antalya Sammitində terror aktı törədmək istəyib

Bakı. 19 noyabr. REPORT.AZ/ Terrorçu "İŞİD" qruplaşması “G20”nin Antalya Sammitində terror aktları törədmək istəyib.

"Report"un Türkiyənin "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, oktyabrın 10-da Ankarada törədilən qanlı terror aktı ilə bağlı istintaq zamanı İŞİD-in fəal üzvü Yunus Durmaz adlı şəxsin evində axtarış aparılıb. Məlum olub ki, İŞİD-in Diyarbakır vilayəti üzrə "əmiri" hesab olunan Y.Durmazın kompyuterində “G20”nin Sammiti ilə bağlı geniş məlumat bazası mövcuddur. Belə ki, terrorçular prezidentlərin və hökümət başçılarının qaldıqları otellərlə bağlı ciddi araşdırma aparıblar.

Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları bu terror planının qarşısını almağa müvəffəq olublar.

Son xəbərlər

Orphus sistemi