G-20 zirvəsinə qarşı etiraz aksiyası keçirilib

G-20 zirvəsinə qarşı etiraz aksiyası keçirilib Nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edilib
Region
15 Noyabr , 2015 18:35
G-20 zirvəsinə qarşı etiraz aksiyası keçirilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində davam edən G-20 ölkələri liderlərinin sammitinə etiraz edən yüzlərlə insan polisin sərt müqaviməti ilə qarşılaşıb.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Antalyanın Güllük prospektində toplaşan nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edilib.

Hadisə zamanı bir neçə nəfərin yaralandığı, onlarla insanın saxlanıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi