Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiya Federal Təhqiqat Bürosu (FTB) tərəfindən silah ticarət ilə məşğul olan böyük bir qrup tutulub.
"Report"Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın 24 regionunda 54 yerdə axtarış aparılıb.
Belə ki, FSB əməkldaşlarınin keçiridiyi əməliyat nəticəsində Rusiya və xarici ölkə istehsalı olan 250-dən çox silah aşkarlanaraq götürülüb. FTB əməkdaşları 15 min sursat, 20 kq partlayıcı maddə, qumabra və 170 silahı hazırlamaq üçün vəsait, habelə, səsboğucu aşkarlanaraq müsadirə edilib. Əməliyyat nəticəsində qanunsuz ticarətlə məşğul olanların başçısı da həbs olunub.