​Fransa XİN: "İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub"

​Fransa XİN: "İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub" Tehran "İmad" ("Dayaq") adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib
Region
15 Oktyabr , 2015 17:35
​Fransa XİN: İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub

Bakı. 15 oktyabr. REPORT.AZ/ "BMT Təhlükəsizlik Şurasının 2010-cu ildə qəbul etdiyi 1929 saylı qətnamə İrana ballistik raket proqramı üzrə fəaliyyət göstərməyi qadağan edir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Romen Nadal bildirib.

Qeyd edək ki, ötən həftənin sonunda Tehran "İmad" ("Dayaq") adlı ballistik raketi uğurla sınaqdan keçirdiyini bəyan edib. İranın müdafiə naziri Hüseyn Dehqanın sözlərinə görə, bu, ballistik raketlərin yeni nəslinə aiddir və bütünlüklə ölkəsində hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi