Fransa və Britaniya İranla iqtisadi əməkdaşlıqda maraqlıdır

Fransa və Britaniya İranla iqtisadi əməkdaşlıqda maraqlıdır Kemeron və Olland Tehranla xüsusi ilə ticarət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar
Region
30 Yanvar , 2016 03:50
Fransa və Britaniya İranla iqtisadi əməkdaşlıqda maraqlıdır

Bakı. 30 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə Fransanın prezidenti Fransua Olland arasında ötən axşam baş tutan telefon danışı zamanı hər iki ölkə lideri İranla əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Tehranla xüsusi ilə ticarət sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayan Kemeron və Olland, Suriyadaki vəziyyət və terrorizmlə mübarizə sahəsini də müzakirə ediblər.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi