FMX: 1,1 mln. xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulub

FMX: 1,1 mln. xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulub İlin əvvəlindən FMX orqanlarına RF girişin bağlanması haqqında 460 mindən artıq təqdimat göndərilib
Region
14 Oktyabr , 2014 16:40
FMX: 1,1 mln. xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulub

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiyaya girişinə qadağa qoyulan xarici vətəndaşların sayı bir milyonu ötüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) Xarici Əmək Miqrasiyası İdarəsinin rəisi Sergey Temryakov bildirib. 

Onun sözlərinə görə, ilin əvvəlindən FMX orqanlarına RF-yə girişin bağlanması haqqında 460 mindən artıq təqdimat göndərilib, bu da ötən il ilə müqayisədə 146% çoxdur. Bu normanın fəal şəkildə istifadə olunmağa başladığı 2012-ci ilin yanvar ayının birindən 1,1 mln. xarici vətəndaş üçün Rusiyaya giriş bağlanılıb.

FMX-də hesab edirlər ki, bu, qanunsuz miqrasiya ilə mübarizənin bu günə qədər olan ən effektiv üsuludur.

Son xəbərlər

Orphus sistemi