Bakı. 1 avqust. REPORT.AZ/ "Fətullahçı terror təşkilatına (FETÖ) bağlı bütün məmurlar dövlət qulluğundan xaric ediləcək".
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli bildirib.
Onun sözlərinə görə, FETÖ üzvlərinin dövlət qulluğunda işləməsi heç bir şərt altında mümkün olmayacaq: "Təbii ki, onların hamısı həyata keçirdikləri xain təşəbbüslərinin hesabını ödəyəcəklər. FETÖ ilə əlaqəli olmaqda şübhələnilərək sərəncama göndərilənlər, birbaşa və dolayı yola təşkilata üzv olanlar, hər hansı bir şəkildə təşkilata dəstək verənlər, təşkilatın fəaliyyətində aktiv şəkildə iştirak edənlər və s. tamamilə işdən çıxarılacaq. Onların hamısı həm dövlət qulluğundan xaric ediləcək, həm də ən ağır şəkildə cəzalandırılacaq. FETÖ üzvlərinin heç biri dövlət müəssisə və təşkilatlarında işləməyəcək, onların hamısı təmizlənərək məmurluqdan kənarlaşdırılacaq".