FETÖ-nün 4 milyard dollarlıq əmlakı müsadirə edilib

FETÖ-nün 4 milyard dollarlıq əmlakı müsadirə edilib 2 514 mülk dövlət xəzinəsinə təhvil verilib
Region
1 Sentyabr , 2016 17:50
FETÖ-nün 4 milyard dollarlıq əmlakı müsadirə edilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin 4 milyard dollarlıq daşınmaz əmlakı müsadirə olunub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ətraf müht və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.

"Onun 2 514 daşınmaz əmlakı dövlətin hesabına keçib. Fondlar Baş İdarəsinə 2 083 obyekti verilib. Bu mülkün dəyərinin həcmi çox böyükdür. Dövlət xəzinəsinə 2,7 mlrd. dollar, fondların hesabına da o qədər köçürülüb. Bundan başqa, daha 1 500 daşınmaz əmlak var. Onlar da dövlət hesabına keçəcək. Bütövlükdə, obyektlərin dəyəri 4 mlrd. dollara yaxındır", - deyə nazir vurğulayıb.


Son xəbərlər

Orphus sistemi