​Əsrin sonunadək Ermənistanın əhalisi 2 milyona yaxın azalacaq

​Əsrin sonunadək Ermənistanın əhalisi 2 milyona yaxın azalacaq Hər il ölkəni orta hesabla 30 minə yaxın insan tərk edir
Region
28 Avqust , 2015 20:15
​Əsrin sonunadək Ermənistanın əhalisi 2 milyona yaxın azalacaq

Bakı. 28 avqust. REPORT.AZ/ 2100-cü ilədək Ermənistanın əhalisi 1,7- 1,8 milyon nəfərədək azalacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu BMT-nin Əhali üzrə Fondunun Yerevandakı ofisinin təmsilçisi Qarik Ayrapetyan bildirib.

"Hazırda Ermənistan əhalisinin sayı de-yure 3 milyon, de-fakto isə 2,6- 2,8 milyon nəfərdir. BMT-nin proqnozu dünya əhalisinin 2010-cu ildə siyahıya alınmasına əsaslanıb" ,- o vurğulayıb.

Onun sözlərinə görə, 2100-cü ildə dünya əhalisinin sayı 11,2 milyard nəfər olacaq.

Q.Ayrapetyan deyib ki, Ermənistanı hər il orta hesabla 30 minə yaxın insan tərk edir. 

Son xəbərlər

Orphus sistemi