Əsəd rejiminin komandiri: "Türkiyə Hələbin şimal və şərqinə yaxınlaşsa, güc tətbiq edəcəyik"

Əsəd rejiminin komandiri: "Türkiyə Hələbin şimal və şərqinə yaxınlaşsa, güc tətbiq edəcəyik" Bu haqda yazılı açıqlama "Reuters"ə göndərilib
Region
26 Oktyabr , 2016 12:32
Əsəd rejiminin komandiri: Türkiyə Hələbin şimal və şərqinə yaxınlaşsa, güc tətbiq edəcəyik

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Türkiyə Suriyanın Hələb əyalətinin şimal və şərq hissəsindəki mövqelərimizə yaxınlaşarsa, bu ölkəyə qarşı güc tətbiq edəcəyik".

"Report" Haberturk-ə istinadən xəbər verir ki, bunu Suriyadakı Bəşşar Əsəd rejimini dəstəkləyən güclərin komandiri bildirib.

İnformasiyaya əsasən, bu haqda  yazılı açıqlama "Reuters"ə göndərilib.

"Anadolu" agentliyinin məlumatına görə, ötən gecə Əsəd rejiminə aid helikopter müxalifətin (Suriya Azadlıq Ordusu) Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində müxalifətin 2 döyüşçüsü şəhid olub, 21-i isə yaralanıb, 7 avtomobil yararsız hala düşüb.

Son xəbərlər

Orphus sistemi