Bakı. 30 aprel. REPORT.AZ/ Türkiyənin Ərzurum əyalətinin Narman rayonunda İran dövlət nömrə nişanlı avtobusun aşması nəticəsində 20 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, avtobus Ərzurumdan Qarsa doğru hərəkət edirmiş.
Yaralıların hamısı İran vətəndaşlarıdır.