​Ərzurumda evin damı uçub, biri 40 günlük körpə olmaqla ailənin 3 uşağı həyatını itirib

​Ərzurumda evin damı uçub, biri 40 günlük körpə olmaqla ailənin 3 uşağı həyatını itirib Uşaqlardan ikisi uçqun altından çıxaraq, qonşuları köməyə çağırıb
Region
13 Aprel , 2016 13:06
​Ərzurumda evin damı uçub, biri 40 günlük körpə olmaqla ailənin 3 uşağı həyatını itirib

Bakı. 13 aprel. REPORT.AZ/ Türkiyənin Ərzurum əyaləti Tekman rayonunun Kayaboğaz məhəlləsində bir mərtəbəli evin damının çökməsi nəticəsində bir ailənin 3 uşağı ölüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, qəza leysandan sonra əmələ gələn torpaq sürüşməsi nəticəsində baş verib.

Xəbərdə bildirilib ki, dağıntı altında 6-sı uşaq olmaqla bir ailənin 8 üzvü qalıb. Uşaqlardan ikisi uçqun altından çıxaraq, qonşuları köməyə çağırıb. Qonşular onları dağıntıların altından çıxarsa da, Gülsüm adlı 40 günlük körpənin, 6 yaşlı Ayətullahın və 11 yaşlı Ramazanın həyatını qurtara bilməyiblər.

İnformasiyaya əsasən, xilas edilən 3 uşağın vəziyyəti yaxşıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi