Ermənistan prezidenti Avstriyanın XİN başçısıyla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ermənistan prezidenti Avstriyanın XİN başçısıyla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Ermənistandan sonra Sebastyan Kurts Gürcüstana və Azərbaycana səfər edəcək
Region
9 Sentyabr , 2014 11:14
Ermənistan prezidenti Avstriyanın XİN başçısıyla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Bakı. 9 sentyabr. REPORT.AZ/ Ermənistanın prezidenti Serj Sarqsyan Ermənistanda rəsmi səfərdə olan Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsu qəbul edib. Report Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında yalnız siyasi əməkdaşlıqda deyil, həm də digər sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsində qarşılıqlı maraqların olduğunu qeyd ediblər. 

Tərəflər həmçinin regional problemləri, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin hazırkı mərhələsini və perspektivlərini də müzakirə ediblər.

Xatırladaq ki, Avstriya XİN rəhbəri Cənubi Qafqazda rəsmi səfərdədir. Ermənistandan sonra Sebastyan Kurts Gürcüstana və Azərbaycana səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi