Ermənistanın keçmiş müdafiə naziri ölkə prezidentinin təkliflərini rədd edib

Ermənistanın keçmiş müdafiə naziri ölkə prezidentinin təkliflərini rədd edib Seyran Ohanyan yalnız müdafiə naziri olmaq istədiyini bildirib
Region
6 Oktyabr , 2016 12:30
Ermənistanın keçmiş müdafiə naziri ölkə prezidentinin təkliflərini rədd edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Ermənistan prezidenti Serj Sarqsyan hökuməti buraxdıqdan sonra keçmiş müdafiə naziri Seyran Ohanyana bir neçə vəzifə təklif edib".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hökumətin istefasından sonra Sarqsyan onu iki dəfə danışığa çarğırıb.

Məlumata görə, Sarqsyan Ohanyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Təhlükəsizlik Şurasının katibi kimi vəzifələri təklif edib. Ancaq keçmiş müdafiə naziri bu təkliflərin hamısından imtina edib.

Xəbərdə Seyran Ohanyanın onu müdafiə naziri postundan başqa heç bir vəzifənin maraqlandırmadığını söylədiyi qeyd edilib.

Yaxın vaxtlarda Ohanyanın da müxalifət cərgəsində olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi