​Ermənistanda deputatın kürəkəni 6 il yarım azadlıqdan məhrum edilib

​Ermənistanda deputatın kürəkəni 6 il yarım azadlıqdan məhrum edilib Samvel Ovanisyan: "Hakimlər özlərini burnu sulu kimi apardılar, çünki kisələrlə pul alıblar"
Region
22 Oktyabr , 2015 13:49
​Ermənistanda deputatın kürəkəni 6 il yarım azadlıqdan məhrum edilib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentinin deputatı Karo Karapetyanın kürəkəni Qor Arakelyan 6 il yarım azadlıqdan məhrum edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Valerik Ovanisyan və Nerses Melkonyanla etdiyi mübahisə zamanı odlu silahdan atəş açıb. Atəş nəticəsində Q.Arakelyan V.Ovanisyanı, N.Melkonyanı və daha 3 nəfəri yaralayıb. Deputatın kürəkəni özünün "Toyota Landcruiser" avtomobili ilə dayancaqdan çıxanda Valerik Ovanisyan və Nerses Melkonyan yolu bağlayıb. Nəticədə tıxac yaranıb. Avtomobillərdən düşənlər mübahisə edib. 

Prokuror Qor Arakelyana 9 il həbs istəsə də, məhkəmə onun 6,5 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.

Dava-dalaş saldıqları üçün Valerik Ovanisyan və Nerses Melkonyan isə uyğun olaraq 3 və 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Valerik Ovanisyanın atası Samvel Ovanisyan məhkəmənin qərarına etiraz edərək deyib: "Hakimlər özlərini burnu sulu kimi apardılar. Çünki kisələrlə pul alıblar".

Son xəbərlər

Orphus sistemi