Bakı. 19 avqust. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin 25 yaşlı əsgəri Aşot Ovannisyan döyüş postunda odlu silahdan açılan atəşlə öldürülüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, müddətli hərbi xidmətdə olan əsgərin öldürülməsi ilə nəticələnən hadisə avqustun 18-də saat 23.40-da baş verib.
Hadisə ilə bağlı cinayət işi açılıb.