​Ermənistanla Livan hərbi əməkdaşlığın inkişaf etidirilməsini müzakirə edib

​Ermənistanla Livan hərbi əməkdaşlığın inkişaf etidirilməsini müzakirə edib Tərəflər arasında bir sıra sahələr üzrə təcrübə mübadiləsi keçirməklə bağlı razılıq əldə olunub
Region
9 Mart , 2015 18:20
​Ermənistanla Livan hərbi əməkdaşlığın inkişaf etidirilməsini müzakirə edib

Bakı. 9 mart. REPORT.AZ/ Livanla Ermənistan arasında "hərbi əməkdaşlığın inkişaf etdirliməsinə dair" görüş keçirilib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, martın 9-da Ermənistanın müdafiə naziri Seyran Ohanyan briqada generalı Manuel Kirecyanın başçılıq etdiyi Livan Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Görüşdə iki dövlət arasında hərbi sahədə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub.

Bu gün Seyran Ohanyan Livan müdafiə nazirinin birinci müavini David Tonoyanla da görüşüb.

Məlumata əsasən, tərəflər bir sıra sahələr üzrə təcrübə mübadiləsi keçirməklə bağlı razılıq əldə ediblər.

Müzakirə zamanı iki dövlət arasında əməkdaşlıq haqqında 2001-ci ildə imzalanmış anlaşmanın gerçəkləşdirilməsinə və 2015-ci ildə həyata keçiriləcək ikitərəfli əməkdaşlığa dair plana da toxunulub.

Son xəbərlər

Orphus sistemi