Bakı. 27 may. REPORT.AZ/ Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonyanın başçılıq etdiyi nümayəndə heyəti İranda iki günlük işgüzar səfərdə olub.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan
David Tonyan İranın müdafiə naziri Hüseyn Dehqan və onun müavini Firuz Məsimpuri ilə görüşüb. Görüşdə beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindəki münaqişənin tənzimlənməsi məsələsi müzakirə edilib.
Görüşlər zamanı "hərbi sahədə ikitərəfli əlaqələrin genişləndirliməsi", o cümlədən "təchizat və tədarük sahələrində" əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.