​Ermənistanın müdafiə naziri Moskvaya səfər edib

​Ermənistanın müdafiə naziri Moskvaya səfər edib Forumda Avropada müharibə və sülh problemləri,hərbi əməşdaşlıq məsələləri də müzakirə olunacaq
Region
27 Aprel , 2016 09:15
​Ermənistanın müdafiə naziri Moskvaya səfər edib

Bakı. 27 aprel. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Konfransda iştirak etmək adı ilə bu gün Moskvaya səfər edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni nazir arasında təkbətək görüşün keçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, aprelin 27-28-də keçiriləcək bu konfransı Rusiyanın Müdafiə Nazirliyi təşkil edib. Terrorçuluğa qarşı mübarizə konfransın başlıca mövzusudur. Forumda Asiya-Sakit okean bölgəsində təhlükəsizlik, Avropada müharibə və sülh problemləri, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi