Ermənistanın keçmiş müdafiə nazirinin başçılıq edəcəyi partiyanın adı açıqlanıb

Ermənistanın keçmiş müdafiə nazirinin başçılıq edəcəyi partiyanın adı açıqlanıb Bu siyasi təşkilatın təsis qurultayı noyabrda keçiriləcək
Region
25 Oktyabr , 2016 11:48
Ermənistanın keçmiş müdafiə nazirinin başçılıq edəcəyi partiyanın adı açıqlanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ermənistan Prezident Aparatı rəhbərinin keçmiş müavini Viktor Dallakyanın partiyası "Üçüncü Respublika" adlanacaq.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, partiyanın təsis qurultayı bu il noyabrın 28-də keçiriləcək.

"Üçüncü Respublika"ya ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan başçılıq edəcək.

Qeyd edək ki, Ermənistan prezidentinin parlamentdəki daimi nümayəndəsi, Ermənistan Prezident Aparatı rəhbərinin müavini Viktor Dallakyan oktyabrın 10-da istefa verib. O, hakim Respublika Partiyasından da çıxdığını və aktiv siyasətə qayıtdığını, 2017-ci ildə keçiriləcək parlament seçkilərində fəal iştirak etmək niyyətində olduğunu açıqlamışdı. Ermənistan prezidenti Serj Sarqsyan hakimiyyətini tənqid edən V.Dallakyan ölkədəki xarici dövlətlərin səfirlərinə müraciət edərək demişdi: "Çıxışımdan sonra özümün və ailə üzvlərimin başına istənilən hadisə gəlsə, buna görə məsuliyyəti Ermənistan prezidenti Serj Sarqsyan daşıyır".

Onu da qeyd edək ki, Ermənistan mətbuatı bundan sonra V. Dallakyanın "Dönüş" (Şrdzadardz) adlı partiya yaradacağını, həmin partiyaya sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etməsinin gözləndiyini yazmışdı. Partiyanın Rusiyadakı iş adamlarının maliyyələşdiriləcəyi haqda da məlumat yayılmışdı.

Xatırladaq ki, Ermənistanın istefaya göndərilən müdafiə naziri Seyran Ohanyan hazırkı prezident Serj Sarqsyan hakimiyyətinə qarşı müxalifətə keçdiyi və Dallakyanla eyni partiyada fəaliyyətini davam etdirəcəyi bildirilmişdi. 

Son xəbərlər

Orphus sistemi