Bakı. 27 may. REPORT.AZ/ Ermənistanın dövlət borcu sürətlə artır və yeni rekordlara imza atır.
Bu barədə "Report" Ermənistanın "Joxovurd" qəzetinə istinadən xəbər verir.
Ermənistan Maliyyə Nazirliyinin dərc etdiyi məlumata əsasən, 2016-ci ilin mayında ölkənin dövlət borcu 5 mlrd. 252 mln. 200 min ABŞ dollarına çatıb. Nəşr qeyd edir ki, bir ay - aprel ayı ərzində bu göstərici 56 mln. 100 ABŞ dolları artıb.
"Maraqlıdır ki, son ay ərzində dövlət borcunun artımının əsas hissəsi xarici borcun payına düşür - bu göstərici 53 mln. 400 ABŞ dolları artıb. Bu o deməkdir ki, Ermənistan iqtisadiyyatı beynəlxalq strukturların və maliyyə təşkilatlarının kreditləri hesabına mövcuddur", - deyə "Joxovurd" yazır.