​Ermənistan Baş Prokurorluğu müdafiə nazirinin həyat yoldaşı haqda bəyanat yayıb

​Ermənistan Baş Prokurorluğu müdafiə nazirinin həyat yoldaşı haqda bəyanat yayıb "Bu cinayətdə ittiham olunan Anna Xaçatryan 3 il azadlıqdan məhrum edilib"
Region
11 İyun , 2015 12:38
​Ermənistan Baş Prokurorluğu müdafiə nazirinin həyat yoldaşı haqda bəyanat yayıb

Bakı. 11 iyun. REPORT.AZ/ Ermənistan Baş Prokurorluğu ölkənin müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanla bağlı bəyanat yayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, S.Ohanyan həyat yoldaşı Ruzanna Xaçatryanın adının yol-nəqliyyat qəzasında hallanması ilə bağlı KİV-də yayılanlara aydınlıq gətirilməsi haqda prokurorluğa müraciət edib.

Prokurorluq bildirib ki, 2002-ci il iyunun 12-də Yerevan-Aştarak yolunda baş vermiş yol-nəqliyyat qəzasında Ovannes Ayrapetyan ölüb: "Bu cinayətdə ittiham olunan Anna Xaçatryan 3 il azadlıqdan məhrum edilib. Ruzanna Xaçatryanın bu yol-nəqliyyat qəzasında iştirakı haqda məlumatlar həqiqəti əks etdirmir".

Qeyd edək ki, Ermənistan KİV-i müdafiə nazirinin həyat yoldaşının həmin qəzanı törətdiyi və hüquq-mühafizə orqanlarının hadisəni ört-basdır edildiyini yazıb. 

Son xəbərlər

Orphus sistemi