​Ermənistanın baş nazirindən etiraf: "Ordumuzun döyüş qabiliyyəti yetərli deyil"

​Ermənistanın baş nazirindən etiraf: "Ordumuzun döyüş qabiliyyəti yetərli deyil" Ovik Abraamyan: "Məncə, "yox" desəm, ümumi rəyi ifadə etmiş olaram"
Region
12 May , 2016 17:08
​Ermənistanın baş nazirindən etiraf: Ordumuzun döyüş qabiliyyəti yetərli deyil

Bakı. 12 may. REPORT.AZ/ "Dördgünlük döyüşlər bizi fəaliyyətimizə nəzər yetirməyə vadar edir. İnkişaf edirikmi? Korrupsiyaya qarşı mübarizə aparırıqmı? Ordumuzun döyüş qabiliyyəti yetərlidirmi? Məncə, "yox" desəm, ümumi rəyi ifadə etmiş olaram".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Ovik Abraamyan mayın 12-də hökumətin iclasında bildirib.

Baş nazir deyib ki, mayın 14-dən etibarən bu kimi məsələləri həftəlik müzakirə edəcəklər.

O.Abraamyan üç istiqamətdə hökumətin fəaliyyətini gücləndirəcəklərini vurğulayıb: "Büdcəmiz təsdiqlənib. Daha qənaətçil iqtisadi rejimə keçməliyik. Dövlət idarələrinin xərclərini ixtisar etməliyik. Nümayəndəliklərin xərclərini, təmirlərə ayrılan maliyyə vəsaitini, xidməti avtomobillərin sayını azaltmalıyıq.

İkincisi, dövlət idarələrinin administrasiyalarını sıxlaşdırmalıyıq. Söhbət yalnız nazirliklərdəki əməkdaşların sayının ixtisar edilməsindən getmir. Dövlət və qeyri-dövlət qurumlarında proqramların sayını ixtisar etməliyik".

Baş nazir üçüncü istiqamət kimi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.

O, ölkədə monopoliyanın da olduğunu xüsusilə qeyd edərək, iqtisadiyyat nazirinə uyğun göstəriş verib. 

Son xəbərlər

Orphus sistemi