Ermənistandan çaxır və konyak ixracatı dayanıb

Ermənistandan çaxır və konyak ixracatı dayanıb Şərabçılar Birliyinin sədri: "Hökumət istehsalçılara yardım etməlidir"
Region
28 Fevral , 2015 17:14
Ermənistandan çaxır və konyak ixracatı dayanıb

Bakı.28 fevral. REPORT.AZ/ "Ötən il noyabrın 20-25-dən Ermənistandan çaxır və konyak ixracı demək olar ki, dayanıb".

"Report" "1in.am" a istinadən xəbər verir ki, bunu Ermənistan Şərabçılar Birliyinin sədri Avaq Arutyunyan deyib.

"Gəlirimizi maaşın verilməsinə, verginin ödənilməsinə, kreditorlar və tədarükçülərə sərf edirik. Baş verənlər bankları narahat etmir. Onlar faizlərini qrafik üzrə istəyirlər. Bu istiqamətdə hökumətdən heç olmazsa yaxın 3-4 ay üçün dəyişilik gözləyirik", - Avaq Arutyunyan bildirib.

Onun sözlərinə görə, fors-major vəziyyətdir, hökumət istehsalçılara yardım etməlidir.

Son xəbərlər

Orphus sistemi