​Ermənistanda yol qəzasında üç hərbçi ölüb, ikisi yaralanıb

​Ermənistanda yol qəzasında üç hərbçi ölüb, ikisi yaralanıb Hərbçilərin olduğu "Mercedes" markalı avtomobil ağaca çırpılıb
Region
7 Sentyabr , 2015 13:02
​Ermənistanda yol qəzasında üç hərbçi ölüb, ikisi yaralanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Martuni -Vardenis (Göyçə) yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Ermənistan Silahllı Qüvvələrinin 3 hərbçisi ölüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin yerli idarəsi məlumat yayıb.

Xəbərə görə, hərbçilərin olduğu "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə maşındakı 5 hərbçi yaralanıb. Yaralılar Göyçədəki hərbi hospitala yerləşdirilib. 29 yaşlı kapitan Taron Sedarakyan xəstəxanaya aparılarkən yolda, 38 yaşlı Qriqor Saakyan və yefreytor (baş əsgər) Gevorq Vardanyan isə hospitalda ölüb.

Məlumatda bildirilib ki, digər yaralılar - 28 yaşlı Arutyun Mirzoyan və 30 yaşlı Sevak Qasparyanın vəziyyəti isə orta ağır qiymətləndirilir. 

Son xəbərlər

Orphus sistemi