Ermənistanda vergi müfəttişliyinin binası yaxınlığında partlayış baş verib

Ermənistanda vergi müfəttişliyinin binası yaxınlığında partlayış baş verib Polis zibil qabında naməlum obyektin partladığı barədə məlumat yayıb
Region
4 İyun , 2016 12:40
Ermənistanda vergi müfəttişliyinin binası yaxınlığında partlayış baş verib

Bakı. 4 iyun. REPORT.AZ/ Ermənistanın şimalında yerləşən Vanadzor şəhərində vergi müfəttişliyinin binası yaxınlığında partlayış baş verib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, polis zibil qabında naməlum əşyanın partladığı barədə məlumat yayıb.

Bildirilib ki, heç kim xəsarət almayıb, yalnız binanın giriş qapısı zədələnib və şüşələr qırılıb.

Son xəbərlər

Orphus sistemi