İrəvanda keçirilən mitinq dağıdılıb, 51 nəfər yaralanıb, onlarla insan saxlanılıb - YENİLƏNİB - VİDEO

İrəvanda keçirilən mitinq dağıdılıb, 51 nəfər yaralanıb, onlarla insan saxlanılıb - YENİLƏNİB - VİDEO Toqquşmalar polis bölməsi qarşısında baş verib
Region
21 İyul , 2016 06:17
İrəvanda keçirilən mitinq dağıdılıb, 51 nəfər yaralanıb, onlarla insan saxlanılıb - YENİLƏNİB - VİDEO

Bakı. 21 iyul. REPORT.AZ/ İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsinin qarşısı qanun keşikçiləri tərəfindən mitinqçilərdən təmizlənib.

"Report" xəbər verir ki, əməliyyat iki xəbərdarlıqdan sonra başlanıb.

Onlarla insan saxlanılıb. Polis əməliyyat zamanı xüsusi vasitələr tətbiq etməyib.

***06:00

Çərşənbə günü axşam saatlarında silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsi qarşısında qanun keşikçiləri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı müxtəlif tibb müəssisələrinə 51 nəfər müraciət edib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərərçəkənlərin 28 nəfəri polis əməkdaşlarıdır. Zədə alanlara ilkin tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.

Hazırda paytaxt İrəvanda vəziyyət stabildir.

Son xəbərlər

Orphus sistemi