Ermənistanda Rusiya-Ermənistan birgə təlimləri keçiriləcək

Ermənistanda Rusiya-Ermənistan birgə təlimləri keçiriləcək Təlimlər qoşunların birləşmiş qruplaşmalarının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək
Region
7 Oktyabr , 2016 13:01
Ermənistanda Rusiya-Ermənistan birgə təlimləri keçiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Ermənistanın "Alagöz" yüksək dağlıq poliqonunda Rusiya hərbi bazasının və Ermənistan silahlı qüvvələrinin hərbçilərinin birgə batalyon taktiki təlimləri keçiriləcək.

Bu barədə "Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir.

Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər qoşunların birləşmiş qruplaşmalarının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi