Ermənistanda qubernatorun oğlunun döydüyü gənc gözünü itirib

Ermənistanda qubernatorun oğlunun döydüyü gənc gözünü itirib Qubernatorun oğlu "könüllü olaraq, özü hüquq-mühafizə orqanlarına təslim olub"
Region
19 May , 2015 11:49
Ermənistanda qubernatorun oğlunun döydüyü gənc gözünü itirib

Bakı. 19 may. REPORT.AZ/ Ermənistanın Sünik vilayətinin qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçtryanın iştirakı ilə olan davada döyülən Arutyun Zakaryanın gözü çıxarılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda zərərçəkən gəncin anası Anait Qalstyan bildirib.

Xatırladaq ki, hadisə bu il mayın 2-də baş verib. Dava-dalaşdan sonra gözündən zədələnən A.Zakaryan Moskvaya əməliyyat olunmağa gedib. Lakin gənc gözündən olub.

Qubernatorun oğlu hüququ-mühafizə orqanlarının çağırışından bir müddət yayınsa da, mayın 16-da "könüllü olaraq, özü hüquq-mühafizə orqanlarına təslim olub".

Son xəbərlər

Orphus sistemi