Ermənistanda qazdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var

Ermənistanda qazdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var Partlayışın səbəbləri hələlik məlum deyil
Region
5 Avqust , 2016 16:44
Ermənistanda qazdoldurma stansiyasında partlayış olub, xəsarət alanlar var

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün Ermənistanın Gümrü şəhərində yerləşən qazdoldurma stansiyalarından birində partlayış baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

FHN-dən bildirilib ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb və onlar Gümrüdəki tibb mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə regional böhran idarəetmə mərkəzinin əməliyyat qrupu yönləndirilib.

Partlayışın səbəbləri hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi