​Ermənistanda ömürlük məhbusların aclıq aksiyası davam edir

​Ermənistanda ömürlük məhbusların aclıq aksiyası davam edir Aclıq aksiyası keçirən məhbusların sayı 40 nəfərdir
Region
15 Dekabr , 2015 17:21
​Ermənistanda ömürlük məhbusların aclıq aksiyası davam edir

Bakı. 15 dekabr. REPORT.AZ/ Yerevanda "Nubaraşen" həbsxanasında ömürlük həbs cəzası çəkən 28 məhbusun aclıq aksiyası davam edir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Qor Qleçyan bildirib.

O qeyd edib ki, məbhuslar dekabrın 14-dən aclıq aksiyası keçirməyə başlayıblar. Q.Qleçyanın sözlərinə görə, aksiya iştirakçılarının səhhəti qənaətbəxşdir.

Məhbuslar vaxtından əvvəl azadlığa buraxılmaqla bağlı Ermənistan prezidentinə müraciət ediblər və müraciəti Ədliyyə Nazirliyinə yollayıblar. Onların müraciətinə hələ də cavab verilməyib. 

Məlumatda bildirilib ki, məhbuslar cinayət işləri ilə bağlı etdikləri müraciətə cavab gözləməkdən bezdikləri üçün etiraz aksiyasını bərpa etməyə məcbur olublar.

Ermənistan KİV-inin yazdığına görə, aclıq aksiyası keçirən məhbusların sayı 40 nəfərdir.

Qeyd edək ki, bu il sentyabrın 15-də də onlar həmin tələblə aclıq aksiyası keçirmişdi. 

Son xəbərlər

Orphus sistemi