​Ermənistanda ömürlük məhbuslar aclıq aksiyasına başlayır

​Ermənistanda ömürlük məhbuslar aclıq aksiyasına başlayır Onlar cinayət işlərinin yüngülləşdirilməsi ilə bağlı müraciətlərinə cavab gözləməkdən bezdiklərini bildirib
Region
11 Sentyabr , 2015 17:50
​Ermənistanda ömürlük məhbuslar aclıq aksiyasına başlayır

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ermənistanda ömürlük həbs cəzası alan məhbuslar aclıq aksiyası keçirəcək.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, ömürlük həbs cəzası alan və Nubaraşen həbsxanasında cəza çəkən məhbusların aksiyası sentyabrın 15-dən başlayacaq.

Məlumatda bildirilib ki, məhbuslar cinayət işləri ilə bağlı etdikləri müraciətə cavab gözləməkdən bezdikləri üçün etiraz aksiyası keçirməyə məcbur olublar.

Onlardan biri 20 ildən artıqdır həbsxanada yatır. Məhbusun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı etdiyi müraciətə hələ də cavab verilməyib. 

Son xəbərlər

Orphus sistemi