​Ermənistanda nazir müavininin evi qarət edilib

​Ermənistanda nazir müavininin evi qarət edilib Evdən televizor, bir neçə məişət əşyası oğurlanıb
Region
5 Mart , 2015 14:45
​Ermənistanda nazir müavininin evi qarət edilib

Bakı. 5 mart. REPORT.AZ/ Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini Hayk Arutyunyanın evi qarət olunub.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Xəbərdə bildirilib ki, hadisə 2014-cü ilin dekabrın 29-u cari il martın 4-ü aralığında baş verib.

Hadisə haqda xəbərin bu gün yayılmasını nazir müavininin qohumları bu müddət ərzində onun həmin evə getməməsi ilə əlaqələndiriblər: "O, evinə gedəndə bir neçə əşyanın itdiyini görüb".

Məlumata əsasən, evdən televizor və başqa məişət əşyaları oğurlanıb. 

Son xəbərlər

Orphus sistemi