Ermənistanda KTMT-yə üzv dövlətlərin xüsusi təyinatlılarının təlimi keçiriləcək

Ermənistanda KTMT-yə üzv dövlətlərin xüsusi təyinatlılarının təlimi keçiriləcək Tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın xüsusi təyinatlıları iştirak edəcək
Region
19 May , 2016 14:31
Ermənistanda KTMT-yə üzv dövlətlərin xüsusi təyinatlılarının təlimi keçiriləcək

Bakı. 19 may. REPORT.AZ/ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 24-26-da Ermənistanda təlimi keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Kobalt-2016" adı altında keçiriləcək təlimdə KTMT-yə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları iştirak edəcək.

Təlim Ermənistan Müdafiə Nazirliyinin "Baqramyan" təlim mərkəzində olacaq. Təşkilatın baş katibi Nikolay Bordyuja təlimi müşahidə edəcək.

Xəbərdə bildirilib ki, tədbirdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın Daxili Qoşunları və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlıları iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi