​Ermənistanda iş adamları etiraz aksiyası keçirir

​Ermənistanda iş adamları etiraz aksiyası keçirir Hökumətdən onlarla danışığa gələn yoxdur
Region
26 Yanvar , 2015 16:02
​Ermənistanda iş adamları etiraz aksiyası keçirir

Bakı. 26 yanvar. REPORT.AZ/ Ermənistanda hökumət binasının qarşısında iş adamlarının etiraz aksiyası keçirilir.

"Report" "Novosti Armenii"yə istinadən xəbər verir ki, "Ermənistan Kiçik Sahibkarlar İttifaqı" İctimai Birliyinin sədri Stepan Aslanyanın dediyinə görə, onlar sənədləşmədəki bürokratik əngəllərə etiraz olaraq hökumət binasının qarşısına toplaşıblar.

Aksiya iştirakçıları bildiriblər ki, bir neçə saatdır binanın qarşısına toplaşıblar, ancaq hökumətdən onlarla danışığa heç kim gəlməyib.

Xatırladaq ki, 2014-cü ilin oktyabrında qaiməli mallara görə kiçik sahibkarlar üçün vergi 3,5 faizdən bir faizədək azaldılıb. Sahibkarlar bildirib ki, praktikada bunu etmək mümkü deyil, çünki tədarükçülər - orta və iri sahibkarlar heç də həmişə qaimə vermirlər.  

Son xəbərlər

Orphus sistemi