​Ermənistanda hakim partiyanın qurultayı təşkilatdaxili qalmaqala görə təxirə salınıb

​Ermənistanda hakim partiyanın qurultayı təşkilatdaxili qalmaqala görə təxirə salınıb Ölkənin baş naziri Ovik Abramyan partiyanın rəhbərliyindən təşkilat daxilindəki "bazarı dayandırmağı" tələb edib
Region
10 Fevral , 2016 12:43
​Ermənistanda hakim partiyanın qurultayı təşkilatdaxili qalmaqala görə təxirə salınıb

Bakı. 10 fevral. REPORT.AZ/ Ermənistanın hakim Respublikaçılar Partiyasının qurultayı təxirə salınıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, qurultayın bu il yazın sonu, yaxud payızın əvvəlində keçiriləcəyi gözlənilir.

Məlumata görə, tədbirin vaxtının qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb kimi partiya daxilindəki narazılıq və qarşıdurma göstərilir. Bu müddət ərzində təşkilat daxili qalmaqalın səngiyəcəyi və 2017-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə "daha hazırlıqlı" gediləcəyi ehtimal edilir.

Ölkənin baş naziri Ovik Abramyan partiyanın rəhbərliyindən təşkilat daxilindəki "bazarı dayandırmağı" istəyib.

İnformasiyaya əsasən, respublikaçıların adı açıqlanmayan təmsilçisi bildirib ki, Ovik Abramyanın partiyaya heç bir aidiyyəti yoxdur və Naira Zoqrabyan təşkilatın sədri olaraq qalacaq. 

Son xəbərlər

Orphus sistemi