​Ermənistanda gözlənilmədən Rusiya hərbçilərinin döyüş hazırlığı yoxlanılır

​Ermənistanda gözlənilmədən Rusiya hərbçilərinin döyüş hazırlığı yoxlanılır Pilotsuz təyyarələr real-vaxt rejimində vəziyyətə nəzarət edəcəklər
Region
7 İyul , 2015 13:49
​Ermənistanda gözlənilmədən Rusiya hərbçilərinin döyüş hazırlığı yoxlanılır

Bakı. 7 iyul. REPORT.AZ/ Ermənistandakı Rusiya bazalarında gözlənilmədən hərbçilərinin döyüş hazırlığının yoxlanması başlayıb.

"Report"un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Gözlənilməyən yoxlama zamanı komissiya Erebunidəki hərbi aviasiya hissəsində və Gümrü qarnizonunun hərbi bazasındakı qüvvələrin hərbi hazırlıq vəziyyətini yoxlayacaq", - Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin yüksək dağ əraziləri olan Kamhud və Alagöz poliqonlarında keçiriləcəyi bildirilir. Qeyd olunur ki, pilotsuz təyyarələr "Topçu 2" kompleksinin köməyi ilə təlimlərə real-vaxt rejimində nəzarət edəcək. 

Son xəbərlər

Orphus sistemi