Ermənistanda fəaliyyət göstərən QHT rəhbəri Moskvaya buraxılmayıb

Ermənistanda fəaliyyət göstərən QHT rəhbəri Moskvaya buraxılmayıb Onu hava limanından Yerevana geri qaytarıblar
Region
1 Sentyabr , 2016 10:58
Ermənistanda fəaliyyət göstərən QHT rəhbəri Moskvaya buraxılmayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ermənistan vətəndaşı, Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin rəhbəri Stepan Qriqoryanın Rusiya ərazisinə girişinə qadağa qoyulub.

"Report" Ermənistan KİV-ə istinadə xəbər verir ki, 2030-cu ilədək onun Rusiya ərazsinə daxil olması qadağan edilib.

"Avqustun 30-da mən Moskvada Şeremetevo hava limanına enmişəm. Rusiyaya səfərdə məqsədim 2014-cü ildə Moskva qəbiristanlıqlarından birində dəfn edilən atamın məzarını ziyarət etmək idi. Bunun üçün mənim 10 saat vaxtım var idi. Gecə Yerevana uçmalıydım. Ancaq Rusiya ərazisinə giriş etməyimə icazə verilmədi. Moskvada Şeremetevo hava limanında sərhədçilər məni ölkəyə buraxmadı", - deyə o, məsələ ilə bağlı bəyanatında vurğulayıb.

O, Rusiya ərazisində heç bir ictimai-siyasi fəaliyyətlə məşğul olmadığını bildirib: "Bu halda onlar yalnız "Rusiya Federasiyası ərazisinə giriş və çıxış qaydaları haqqında" qanunun 26-cı maddəsinin 9-cu bəndi tətbiq edə bilər. Həmin bənddə deyilir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq edən xarici ölkə vətəndaşının Rusiya ərazisinə buraxılması arzuedilən deyil. Heç kimə sirr deyil ki, mənin başçılıq etdiyim qeyri-hökumət təşkilatı Avropada fəaliyyət göstərən ictimai birliklərlə əməkdaşlıq edir. Bundan başqa, biz erməni xalqının gələcəyini Avropa ailəsində gördüyümzü də gizlətmirik".

Stepan Qriqoryan məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib. O, daha bir neçə gün gözləyəcəyini və bundan sonra öz hüquqlarını müdafiə etmək üçün başqa tədbirlər görəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi