​Ermənistanda etirazçılar Rusiya səfirliyinə yumurta atıblar

​Ermənistanda etirazçılar Rusiya səfirliyinə yumurta atıblar Nümayişçilər hakimiyyətdən Avrasiya İqtisadi İttifaqından çıxmağı tələb ediblər
Region
14 Aprel , 2016 21:14
​Ermənistanda etirazçılar Rusiya səfirliyinə yumurta atıblar

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Ermənistandakı səfirliyinin binasına etiraz aksiyası iştirakçıları tərəfindən yumurta və nədənsə xırda pul atılıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, yerli əhali bu şəkildə Rusiyanın Azərbaycana silah satmasına etirazlarını bildiriblər.

Bir neçə yüz nümayişçi azad və müstəqil Ermənistan şüarları səsləndiriblər və hakimiyyətdən Avrasiya İqtisadi İttifaqından çıxmağı tələb ediblər.

Son xəbərlər

Orphus sistemi