​Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası keçiriləcək

​Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası keçiriləcək "Qaranlıq saatlar: İki saat elektrik enerjisindən istifadədən imtina edirik!"
Region
21 May , 2015 17:41
​Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası keçiriləcək

Bakı. 21 may. REPORT.AZ/ Ermənistanda elektrik enerjisinin qiymətinin bahalaşmasına etiraz olaraq aksiya keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, "Qaranlıq saatlar: İki saat elektrik enerjisindən istifadədən imtina edirik!" adı altında etiraz aksiyası "facebook" sosial şəbəkəsi vasitəsilə təşkil edilir.

Aksiyanın mayın 25-də axşam saat 21.00-dan 23.00-dək keçirilməsi nəzərdə tutulub. Etiraz tədbirinin təşkilatçıları hesab edir ki, 2 saat ərzində "Ermənistan Elektrik Şəbəkəsi"nə minlərlə dollar ziyan dəyəcək.

Qeyd edək ki, bahalaşacağı halda elektrik enerjisinin bir kvt/saat-nın qiyməti 10-12 sent olacaq. 

Son xəbərlər

Orphus sistemi