Ermənistanda daha bir müxalifətçi saxlanılıb

Ermənistanda daha bir müxalifətçi saxlanılıb Onun evində axtarış keçirilib
Region
20 İyul , 2016 12:44
Ermənistanda daha bir müxalifətçi saxlanılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Ermənistanda "Təsis parlamenti"nin üzvü, müxalifətçi Karo Ehnukyan saxlanılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, dünən özünü Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşları kimi təqdim edən şəxsin evində axtarış keçirib.

Axtarış zamanı şübhəli heç nə aşkar edilməyib. 5 kompüter və 2 telefon müsadirə edilərək götürülüb.

MTX-nin mətbuat mərkəzindən Karo Ehnukyanın saxlanılması xəbərini təsdiqləyiblər.

Karo Ehnukyanın vəkilinin sözlərinə görə, onu "Sasna tsrer" qruplaşmasına yardım göstərdiyinə və qruplaşma üzvləri ilə telefonla danışdığına görə saxlayıblar.

Xatırladaq ki, iyulun 17-də səhər saatlarında bir qrup silahlı şəxs Yerevanın Erebuni rayonundakı polis patrul-post xidməti alayının binasını ələ keçirib və bir neçə polis əməkdaşını girov götürüb.

Son xəbərlər

Orphus sistemi